Qondarma rejimdən etiraflar: “Azərbaycan ordusu çox irəliləyib, üstünlük onlardadır”

Qondarma rejimdən etiraflar: “Azərbaycan ordusu çox irəliləyib, üstünlük onlardadır”

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş qondarma Dağlıq Qarabağ rejiminin “prezidenti” Araik Arutunyan üstünlüyün Azərbaycan ordusunda olduğunu etiraf edib.

Onun Azərbaycanın “bəhanədən istifadə edərək daha böyük hərbi əməliyyatlar” başlatması haqda fikirləri 27 sentyabrda təxribatın məhz işğalçı və separatçı rejim tərəfindən törədildiyini bir daha sübut edir.

Azərbaycanın böyük, xüsusilə də cənub istiqamətində hərbi əməliyyatlar keçirdiyini deyən Arutunyan Azərbaycan ordusunun ermənilərin müdafiə xəttini yarararaq üstünlüyü ələ keçirdiyini və “böyük dərinliklərədək” irəlilədiyini boynuna alıb.

Ağır vəziyyətə düşən qondarma rejim başçısı Azərbaycanın “sülhə məcbur edilməsini” istəyir.

Bununla belə, öz həyasızlığından da qalmayan Arutunuyan erməniləri birləşərək hərbi əməliyyatlarda iştirak etməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + four =