ABŞ-da polis etiraz aksiyasını sərt şəkildə dağıdıb – FOTO

ABŞ-da polis etiraz aksiyasını sərt şəkildə dağıdıb – FOTO

Vauvatosa (Viskonsin, ABŞ) polisi icazəsiz etiraz aksiyasında iştirak edənləri sərt şəkildə dağıdıb.

Bu barədə “Milwaukee Journal Sentinel” xəbər yayıb.

Məlumata görə, onlar 17 yaşlı afroamerikalı Elvin Koulu ticarət mərkəzinin qarşısında vuran polis məmuru Cozef Menasın ittihamlarla üzləşməyəcəyinə etiraz ediblər.

Aksiyaçılar yerli rəhbərləri Mensi qovmağa çağırıblar.

Polislər səsgücləndirici vasitəsi ilə aksiyanın qanunsuz olduğunu elan edərək, iştirakçıların dağılmalarını istəyib. Onların çağırışlarının heç bir təsiri olmadığından, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçı qrupa qarşı gözyaşardıcı qazlardan istifadə ediblər.

Qarşıdurmadan sonra etirazçılar Vauvatosu tərk ediblər. Saxlanılanların ümumi sayı açıqlanmayıb.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × three =