WSJ: “İki amerikalı məhbus 280 Ənsarullah üzvü ilə dəyişdirildi”

WSJ: “İki amerikalı məhbus 280 Ənsarullah üzvü ilə dəyişdirildi”

Bir ABŞ qəzeti Yəmənin Ənsarullah hərəkatının 14 oktyabrda əsir saxlanılan iki ABŞ vətəndaşını sərbəst buraxdığını iddia edib.

Deyerler.org xəbər verir ki, ABŞ-ın Wall Street Journal (WSJ) qəzeti ABŞ və Səudiyyə rejiminin rəsmilərinə istinadən, ABŞ-ın iki vətəndaşının Ənsarullah hərəkatının 200-dən çox üzvünün Yəmənə qayıtmasından sonra çərşənbə günü müharibə gedən ölkədən çıxmasına icazə verildiyini yazıb.

Məlumata görə, Oman sultanlığının Hava Qüvvələrinə məxsus təyyarə yüzlərlə Ənsarullah üzvünü azadlığa buraxılmış iki ABŞ vətəndaşı və bir amerikalının cəsədi ilə dəyişdirildikdən sonra, Yəmənin paytaxtı Sənanı tərk edib.

ABŞ vətəndaşlarının şəxsiyyətləri açıqlanaraq, onların Sandra Lolli və Maykl Gidada olduğu bildirilib. WSJ birinci şəxsin üç il əvvəl Yəməndə həbs olunan bir humanitar fəal kimi xarakterizə edib. Gidada isə, bu iddiaya görə, təxminən bir il əvvəl həbs olunan bir iş adamıdır.

Ənsarullahın nəzarətində olduğu iddia edilən başqa bir amerikalı Bilal Fatinin geri qaytarılması da razılaşmanın bir hissəsi idi.

WSJ ABŞ rəsmilərinin üç amerikalı haqqında mediaya məhdud məlumat verdiyini, ancaq Lollinin səhhətinin yaxşı olmadığı üçün dərhal razılaşma edilməsini istədiklərini yazıb.

Səudiyyə rejiminin rəsmiləri razılaşmadan məmnun deyil. Onlara görə, razılaşma, müasir PUA və raketlərdə təlim keçmiş onlarla əsgəri geri qaytaracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − six =