Ərəbistan Amerikanın cinayətlərinə şərikdir
Sizinyol xarici mediaya istinadən xəbər verir:
ABŞ Dövlət katibi Səudiyyə Ərəbistanının İrana qarşı maksimum təzyiq kampaniyasında Vaşinqtonun əsas tərəfdaşı olduğunu söylədi.
ABŞ Dövlət katibi Mayk Pompeo çərşənbə günü ölkəsinin İrana qarşı maksimum təzyiq kampaniyasına davam edəcəyini və Səudiyyə Ərəbistanının bu kampaniyada əsas tərəfdaş olduğunu söylədi.
“ABŞ və Səudiyyə Ərəbistanı arasındakı münasibətlər tarixi və möhkəmdir və Tramp onlara çox əhəmiyyət verir. İran husiləri maliyyələşdirir və silahlandırır və Səudiyyə neft obyektlərinə edilən hücumdan məsuldur.” – dedi.
Pompeo səudiyyəli həmkarı Fəysal ibn Fərhanla çərşənbə günü Vaşinqtondakı bir görüşdə deyib: “Səudiyyə Ərəbistanı terrorla mübarizədə lider ölkələrdən biridir. İran bölgənin və Səudiyyə Ərəbistanının təhlükəsizliyini təhdid edir və Yəməndəki husiləri dəstəkləyir.”
Çıxışının digər hissəsində Pompeo Vaşinqtonun Səudiyyə Ərəbistanı ilə “güclü silah satışı müqaviləsi”ni dəstəklədiyini söylədi və Səudiyyə Ərəbistanının İsrail ilə münasibətləri normallaşdırmaq üçün “İbrahim Sazişi”nə qoşulacağına ümid etdiyini bildirdi.
ABŞ hökuməti Hərtərəfli Birgə Fəaliyyət Planından çıxdıqdan sonra, İrana qarşı sanksiyaları bərpa etdi və İrana qarşı təxribat xarakterli siyasətlərə başladı.