Bin Zaidin İslam dünyasına xəyanətini İsrail parlamenti təsdiqlədi

Bin Zaidin İslam dünyasına xəyanətini İsrail parlamenti təsdiqlədi

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İsrailin BƏƏ ilə uzlaşma müqaviləsi artıq Knesset tərəfindən təsdiqləndi.

Bəzi mənbələrə görə, Sionist rejim parlamenti səs çoxluğu ilə Birləşmiş Ərəb Əmirlikləri ilə uzlaşma müqaviləsini təsdiqlədi.

Sionist rejimin mətbuatı bu rejimin Knessetinin (parlamentinin) cümə axşamı günü Birləşmiş Ərəb Əmirlikləri ilə kompromis razılığını səs çoxluğu ilə təsdiqlədiyini bildirdi. Bu hesabata görə, Sionist rejim parlamenti 80 lehinə və 13 əleyhinə səslə müqaviləni təsdiqləyib.

Lakin Knessetin 27 üzvü səsvermədə iştirak etməyib. Razılaşma son təsdiq üçün rejimin kabinetinə göndərilməlidir. Bu gün (cümə axşamı) günortadan sonra İsrailin Baş naziri Benyamin Netanyahu müqaviləni təsdiqləmək üçün Knesset iclasında çıxış etdi. Netanyahu BƏƏ ilə müqaviləni güc mövqeyindən imzaladığını söyləyərək, “BƏƏ ilə sülh müqaviləsində gizli bir bənd yoxdur.” – dedi.

Netanyahu çıxışında bir sıra ərəb-islam ölkələrinin kiber təhlükəsizlik baxımından gücünə görə Sionist rejimə yaxınlaşmaq istədiklərini də iddia etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 6 =