İraq Kürd partiyası: Həşdi Şəbi İraqın azad edilməsində qəhrəmanlıq rolu oynadı

İraq Kürd partiyası: Həşdi Şəbi İraqın azad edilməsində qəhrəmanlıq rolu oynadı

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İraq Kürd partiyasının üzvü Həşdi Şəbi qüvvələrinin İraq ərazisini İŞİD terror qruplaşmasının nəzarətindən azad etməsində qəhrəmanlıq rolu oynadığını vurğulayaraq Həşdi Şəbini müdafiə etdi.

Əl-Ceylul-Cədid (Yeni Nəsil) hərəkatının üzvü Aram Məhəmməd kürdlərin Həşdi Şabi qüvvələrinə hörmət etdiklərini vurğuladı.

Əl-Ceylul-Cədid İraq Kürdüstanında 2018-ci ildə İraq parlament seçkiləri zamanı yaradılan bir siyasi partiyanın adıdır.

Aram Məhəmməd Həşdi Şəbinin bütün İraq şəhərlərini müdafiə etdiyini və bu yolda böyük fədakarlıq göstərdiyini vurğuladı.

Həmçinin, əlavə etdi: “Həşdi Şəbinin heç bir partiya tərəfindən təhqir olunmasını qəbul etmirik. Demokrat partiyanın lideri olan Məhəmməd Zibari kimi insanlar daima “siyasi səbəblərdən və xarici sifarişlərlə fitnə qaldırmağa və problem yaratmağa çalışır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − 5 =