İsrail BMT nümayəndələrinə viza verməkdən imtina edib

İsrail BMT nümayəndələrinə viza verməkdən imtina edib

İsrail BMT-nin İnsan Hüquqları Kommisralığının üzvlərinə viza verməkdən imtina edib.

SalamNews RT-ə istinadla xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları Kommisralığının sözçüsü Robert Kolvill açıqlama verib.

Mənbə bildirib ki, İsrail BMT İnsan Hüquqları Kommisarlığının 12 üzvündən 9-a viza verməkdən və ya onların vizalarının müddətinin artırılmasından imtina edir.

Qeyd edək ki, BMT-nin sözügedən qurumu, işğal edilən İordan çayının qərb sahili ərazilərində yeni yəhudi yaşayış massivlərini saldığına görə bəzi İsrail şirkətlərini qara siyahıya əlavə etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 17 =