Ayətullah Sistani: “İsrail rejiminin məhsulları ilə ticarət etmək olmaz”
İraqın böyük mərcəyi-təqlid alimi Ayətullah Seyid Əli Hüseyni Sistaninin ofisi verilən suala cavab olaraq, Sionist rejimin istehsal etdiyi mallarla ticarətin icazəli olmadığını bildirib.
Deyerler.org xəbər verir ki, Ayətullah Seyyid Əli Sistani sionist rejim tərəfindən hazırlanan və ya ona bağlı məhsulların ticarətinə icazə verməyib.
Ayətullah Sistani ofisinin saytı mənfəət və gəlirlərinin bir hissəsini Sionist rejimin dəstəklənməsinə sərf edən mərkəzlərdən alqı-satqının icazəli olub olmadığına dair suala cavab olaraq bunları yazıb: “İsrail rejiminin məhsulları ilə yanaşı, İsrail rejiminə təsirli şəkildə dəstək verdiyi sübut edilmiş şirkətlərin məhsulları ilə də ticarət etmək olmaz”.