“Həşd Şabi” tərəfdarları Kürdüstan Demokratik Partiyasının binasına hücum etdi Mənbə: https://eastnews.org/news/50464

“Həşd Şabi” tərəfdarları Kürdüstan Demokratik Partiyasının binasına hücum etdi Mənbə: https://eastnews.org/news/50464

Eastnews.org-un verdiyi xəbərə görə, bir qrup “Haşd Şabi” tərəfdarı İraqın paytaxtı Bağdadda Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyasının (KDP) binasına basqın edib.

Alınan məlumata görə, buna səbəb sabiq Xarici İşlər və Maliyyə naziri Hoşyar Zebarinin “Həşd Şabi” quruluşu ilə bağlı açıqlamaları olub.

Etirazçılar Zebari və KDP-yə qarşı şüarlar səsləndiriblər. Binadan qara tüstülərin də qalxdığı müşahidə olunub.

Qeyd edək ki, KDP üzvü Zebari qatıldığı televiziya proqramında “Baş nazir Mustafa əl-Kazimi Yaşıl Bölgəni “Həşd Şabi” milislərindən təmizləməlidir”, – ifadələrini dilə gətirib. Kürd rəsminin bu açıqlaması “Həşd Şabi” siyasi qanadının reaksiyasına səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − 4 =