“İmad Muğniyə” sui-qəsdini icra edən şəxsin adı necə açıqlandı?
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Şəhid Hizbullah komandirinə sui-qəsd icraçısının adını açıqlayan “Tikun Awlam” veb saytının sahibi bu adın necə əldə olunduğunu izah etdi.
Əl-Məyadinə görə, İbrani dilində olan Tikun Awlam veb saytı bu il sentyabr ayında Livan Hizbullah komandiri İmad Muğniyənin öldürülməsindən 12 il sonra, Suriyadakı sui-qəsd əməliyyatının təşkilatçılarının adlarını açıqladı.
Amerikalı jurnalist və Tikon Awlam saytının sahibi Richard Silver Stein Livan şəbəkəsi Əl-Məyadinə verdiyi bir müsahibəsində dedi: “Veb saytın Muğniyənin öldürülməsi ilə bağlı yaydığı məlumat Sionist hərbi senzura şöbəsinin qeydiyyat kitabını diqqətlə araşdırdıqdan sonra gəldi. Həmin kitabça bir təhlükəsizlik müxbirinə məxsus idi.
Əlavə etdi: “Senzura şöbəsinin müdiri Mossaddakı bu əməliyyatın rəhbərinin adını kitabdan çıxartmağa çalışdı, ancaq bu adın siyahıda və bəzi səhifələrdə qalmasına əhəmiyyət vermədi.”
Silver Stein Mossadın o dövrdə əməliyyat rəhbəri Naum İserin Muğniyə sui-qəsdini CIA ilə əlaqələndirərək həyata keçirdiyini təkrarladı. Mossad və Mərkəzi Kəşfiyyat İdarəsi əvvəllər “Nüvə proqramı ilə bağlı iranlı alimlərin öldürülməsi” də daxil olmaqla bir neçə mövzuda əməkdaşlıq etmişlər.
“Amerikalıların və İsraillilərin motivləri İmad Muğniyənin qətlinin əhəmiyyəti baxımından eyni idi. Muğniyə sui-qəsdini həyata keçirənlər İsrail şirkətinin iştirakı ilə cib telefonu siqnallarını almaqla həyata keçirdilər.
Sionist rejimin 4 avqustda Beyrut limanında baş verən partlayışa qarışdığını əlavə edərək dedi: “İsrail rəsmisi həmkarlarımdan birinə Beyrut limanının partlamasında İsrailin rolu barədə məlumat açıqladı.
Mənbə Beyrut limanındakı partlayışın İsrailin Livanda başlatdığı bir sıra hücumların yalnız bir hissəsi olduğunu söylədi. İsraillilər bu partlayışa görə məsuliyyəti öz üzərlərinə götürməyəcəklər, çünki bütün dünya və beynəlxalq ictimaiyyət İsraili insanlığa qarşı cinayətlər törətməkdə günahlandıracaq.