ABŞ-ın Həmas və fələstinlilərə yönəli mənfur hədəfinin faş olması/ Həniyyə: Ölənə qədər müqavimətdən əl çəkməyəcəyik!

ABŞ-ın Həmas və fələstinlilərə yönəli mənfur hədəfinin faş olması/ Həniyyə: Ölənə qədər müqavimətdən əl çəkməyəcəyik!

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) siyasi bürosu rəhbərin ABŞ-ın hərəkatdan tələbinə toxunaraq, məqsədinin fələstinlilərin birliyini pozmaq və Fələstin xalqına və müqavimətinə qarşı pis planlar irəli sürmək olduğunu söylədi.

HƏMAS hərəkatı Siyasi Bürosu rəhbərinin müavini Saleh Əl-Aruri, Əl-Əqsa Şəbəkəsinə verdiyi müsahibədə Fələstini məhv etmək planının sionist düşmən tərəfindən təqdim edildiyini və ABŞ hökuməti və bölgədəki müttəfiqləri tərəfindən həyata keçirildiyini söylədi.

Əl-Aruri əlavə etdi ki, ABŞ hökuməti bir çox ərəb ölkəsinə sionist rejimlə münasibətləri normallaşdırmaq üçün təzyiq göstərir.

ABŞ-ın HƏMAS-dan əsrin mənfur anlaşması üçün danışıqlar aparmaq istəyinə toxunaraq, Fələstin Muxtariyyəti və Fələstin Qurtuluş Təşkilatının da əsrin razılığını qəbul etmələri üçün ABŞ tərəfindən təzyiq altında olduqlarını bildirdi.

Əl-Aruri çıxışının başqa bir hissəsində dedi: “İstanbulda Fəth hərəkatı ilə əldə olunan razılaşmalara sadiq qalacağıq və ondan geri çəkilməyəcəyik. İstanbulda Fələstin xalqının Fələstin qrupları arasındakı müsbət yaxınlıq və milli ortaqlığı hiss edə bilməsi üçün İordan çayının qərb sahilindəki və Qəzzədəkı vəziyyəti düzəltməyin lazım olduğunu vurğuladıq.

Həmas və Fəth hərəkatlarındakı qiymətləndirməmiz budur ki, milli ortaqlığa nail olmağın ən yaxşı yolu Fələstin tərəflərinin bir-biri ilə danışıqlar aparmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + fifteen =