İsrail rejimi Hizbullahının qorxusundan 90 gündür döyüş vəziyyətindədir

İsrail rejimi Hizbullahının qorxusundan 90 gündür döyüş vəziyyətindədir

İsrail rejiminin “Walla” İnternet portalı sionist rejiminin ordusunun törətdiyi sui-qəsddən sonra, Livanın Hizbullah təşkilatının qisas almasından qorxaraq 90 gündür şimal sərhədində tam hazır döyüş vəziyyətində olduğunu yazıb.

“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, portal əlavə edib: “Livanla sərhəddə vəziyyət dəyişib və Hizbullah cənub sərhədində İsrail rejiminin hədəflərini axtarır”. Livan sərhəd zolağında yerləşən İsrail rejiminin ordusunun zabiti, əsgərləri hər hansı bir dəyişikliyə hazır olmağa çağıraraq və növbəti mərhələdə Hizbullah hücum etmək istəsə, problemin bir neçə raketlə bitməyəcəyini bildirib. Sionistlərin canına qorxu salan Seyid Həsən Nəsrullahın, sionnistlər tərəfindən öldürülmüş şəhid Əli Kamal Həsənin qanının intiqamını almağa söz verməsidir. Sionist rejiminin ordusunun törətdikləri cinayətdən bir neçə ay keçsə də, hələ də gərgin və həyacanlı vəziyyətdə qalmaqda davam edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 4 =