Səudiyyə rejim qüvvələri 3 şiə qadını həbs edib
Səudiyyə hərbiçiləri Əhli-beyt (ə) ardıcılları yaşayan Qətif bölgəsində əməliyyat keçirib.
Maide.Az xəbər verir ki, Səudiyyə rejimi hərbiçiləri Rəbiyə və Ümmülcəzm şəhərciyində keçirdiyi əməliyyatda 3 qadın həbs olunub.
Həbs olunan qadınlar müxtəlif siyasi ittihamlarla saxlanılıb, mühakimə olunub və onların barəsində həbs qərarı çıxarılıb.
Əhli-beyt (ə) ardıcılları Ərəbistan cəmiyyətinin 20%-ni təşkil edirlər və onlar Ərəbistanın şərq məntəqəsində yaşayırlar. Əhli-beyt (ə) ardıcılları əsasən, iki əyalətdə: Əl-Əhsa və Qətif əyalətlərində məskunlaşıblar.