İranlı millət vəkili işğalçı Ermənistana sərt xəbərdarlıq etdi
Eastnews.org-un verdiyi xəbərə görə, İran Islam Respublikası Parlamentinin Sosial Komissiyası sədrinin birinci müavini Ermənistan hökumətinə sərt xəbərdarlıq edib.
Vəli İsmaili bildirib ki, Azərbaycanın müsəlman şəhəri olan Gəncə şəhərinə mülki və müdafiəsiz uşaqların şəhid olması ilə nəticələnən vəhşicəsinə hücumuna görə Ermənistanı kəskin şəkildə qınayırlar:
“Burdan bildiririk ki, bölgə və dünyadakı azadlıq istəyən şiələrin səbr kasası artıq dolub. Beynəlxalq birliyin bu müharibə cinayətinin qarşısında susmasına görə təəssüf edirik”.