Oman Müftisi sionist rejimlə münasibətlərin normallaşdırılmasını pislədi
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Oman Müftisi Əhməd ibn Himəd Əl-Xəlili Sionist düşmənlə dostluq fenomeni və islami ümmətin təsliminə yönəli fətva verməyi qınandığını vurğuladı.
Bu açıqlama BƏƏ və Bəhreyn kimi ərəb ölkələri arasında sionist rejimlə münasibətlərin normallaşmasına və Səudiyyə Ərəbistanının bunu dəstəkləməsinə etiraz olaraq verilib. Oman Müftisi sözlərinə davam etdi: “Uca Allahın bizə düşmən olmağı əmr etdiyi düşmənə dostluq ifadə etmək adı ilə islami ümmətdə yeni bir mənfi fenomen ortaya çıxdı.”
Həyasızcasına Sionist rejimə dostluq ifadə etməyi tənqid edərək, bu ümmətin sütunları arasında yer alan müsəlman ümmətinin bəzi alimlərinin bu dostluğa tələsdiklərini qeyd etdi.
Əl-Xəlili sözlərinin sonunda bu insanların özlərinin “parlaq keçmişlərindən” uzaqlaşdırdıqlarını və “ağalarına” yaxınlaşmaq üçün şüarlar səsləndirdiklərini vurğuladı.