Sirenalar yenidən Qəzzə ətrafındakı sionist yaşayış məntəqələrində səsləndi

Sirenalar yenidən Qəzzə ətrafındakı sionist yaşayış məntəqələrində səsləndi

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Ərəb mətbuatı çərşənbə axşamı gecə Qəzzə zolağı ətrafındakı sionist yaşayış məntəqələrində raket atıldığını bildirən sirenaların səsləndiyini xəbər verib.

Əl-Məyadin xəbər şəbəkəsi Sionist rejimin mediasına istinadən, Qəzza yaxınlığındakı ətraf qəsəbələrdə həyəcan siqnalı verildikdən sonra bir neçə partlayışın baş verdiyini bildirdi.

Məlumata görə, Qəzzə zolağından işğal altındakı ərazilərə “Dəmir günbəz” raketdən müdafiə sistemi tərəfindən zərərsizləşdirilən ən azı bir raket atılıb. Fələstinli və Sionist medialar Qəzzə zolağından neçə raket atılması haqda məlumat verməyib.

İsrail mediası çərşənbə axşamı Xan Yunislə işğal altındakı Fələstin arasındakı sərhəddə müqavimət qüvvələrinə aid bir tunelin tapılaraq məhv edildiyini iddia etdi.

İsrail ordusunun sözçüsü tunelin Qəzzə zolağının cənubundakı Xan Yunis bölgəsindən işğal altındakı bölgələrə qədər uzandığını söylədi. Ancaq İsrail ordusunun sözçüsü tunelin Qəzzə zolağının sərhəd zolağında inşa edilən təhlükəsizlik divarını keçmədiyini və zolaq yaxınlığında sionist köçkünlər üçün təhlükə yaratmadığını vurğuladı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − nine =