İsrail eyni zamanda Suriya və Qəzzaya hava zərbələri endirib
İsrailin hərbi helikopterləri gecə saatıarında Suriyanın Qunaytara əyalətini və Qəzzanın müxtəlif bölgələrini hədəfə alıblar.
İnterAz SalamNews-a istinadla xəbər verir ki, ötən gecə Suriyanın Qunaytara əyalətində yerləşən əl-Hurriyyə kəndində bir neçə obyekt İsrailin hərbi helikopterləri tərəfindən hədəfə alınıb.
Bu hücumun canlı və ya maddi itkiləri haqda hələ məlumat yoxdur.
Eyni zamanda İsrail Qəzzanın Xan-Yunis və Dirul-Bələh rayonlarında bir sıra obyektləri hədəfə alıb.
Qeyd edək ki, hazırda Fələstinin İordan çayının qərb sahili, Suriyanın Colan Yüksəklikləri və Livanın Məzare-Şəba bölgəsi İsrailin işğalındadır.