Ali Dini Rəhbər: “Müsəlman millətlər sionist rejimə güzəştə getməyi qəbul etməyəcək”

Ali Dini Rəhbər: “Müsəlman millətlər sionist rejimə güzəştə getməyi qəbul etməyəcək”

Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei Manama və Əbu-Dabinin Təl-Əvivlə razılığa gəlməsinə reaksiya verib.

Deyerler.org xəbər verir ki, Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin Əsərlərin Qoruması və Nəşr Ofisinin Twitter hesabında edilən paylaşımda, belə qeyd olunub: “Müsəlman millətlər sionist rejimlə güzəştə getməyin alçaldılmasını heç vaxt qəbul etməyəcək. Amerikalıların bölgə problemini bu şəkildə həll edəcəklərini düşünürlərsə yanılırlar.

İşğalçı sionist rejimlə danışıqlar masasında oturan istənilən rejim öz xalqı arasındakı mövqeyini sarsıdacaq”.

Bundan əvvəl Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin Əsərlərin Qoruması və Nəşr Ofisinin Twitter hesabında İsrail rejimi ilə BƏƏ arasındakı normallaşma müqaviləsini belə tənqid olunmuşdu: “Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İslam dünyasına xəyanət etdi. Həm ərəb millətlərinə, həm də bölgə ölkələrinə və Fələstinə xəyanət etdilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 4 =