Yəmənin əd-Dali əyalətində qarşıdurmalar yenidən baş qaldırıb
Yəmənin cənubunda yerləşən əd-Dali əyalətində tərəflər arasında qarşıdurmalar yenidən baş qaldırıb.
SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı koalisiyasının dəstəklədiyi hökumət qüvvələri ilə, mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmən hökuməti (husilər) qüvvələri arasında qarşıdurmalar bu dəfə əd-Dali əyalətində baş qaldırıb.
Məlumata görə Səudiyyə hərbi koalisiyasının dəstəklədiyi hökuməti qüvvələri əyalətin əl-Faxir rayonu ərazisində nisbi irəliləyiş əldə ediblər.
Qeyd edək ki, tərəflər münaqişə tarixində ilk dəfə olaraq ötən həftə ən böyük əsir mübadiləsini həyata keçiriblər.
Bu mübadilə prosesində 1,081 əsir və məhbus mübadilə edilib.