Əfqanıstanda Pakistan səfirliyi önündə faciə: Ölənlər var

Əfqanıstanda Pakistan səfirliyi önündə faciə: Ölənlər var

Az.shafaqna.com 1TV-a xəbər verir ki, Əfqanıstanın Cəlalabad şəhərindəki Pakistan səfirliyinin qarşısında baş vermiş basırıq nəticəsində azı 12 nəfər həyatını itirib, bir o qədər də insan xəsarət alıb.

İnsident insanlar viza almaq üçün toplaşan zaman baş verib.

Bu barədə Nanqərhar əyaləti rəhbərliyindən məlumat verilib.

Bildirilir ki, ölənlərin hamısı və xəsarət alanların əksəriyyəti qadınlardır.

Basabasın yaranma səbəbi qeyd edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 8 =