İsrail Hərbi nazirinin ABŞ-a səfəri

İsrail Hərbi nazirinin ABŞ-a səfəri

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İsrailin Hərbi naziri Benni Gantz Amerika rəsmiləri ilə görüşmək üçün Vaşinqtona yola düşür. Haaretz-ə istinadən, Gantzın ABŞ rəsmiləri ilə görüşmək üçün çərşənbə günü Vaşinqtona gedəcəyi  bildirildi.

Sionist mənbələrə görə, Benny Gantz bu gün ABŞ Müdafiə naziri Mark Sper və digər ABŞ rəsmiləri ilə görüşmək üçün Vaşinqtona yola düşəcək. Gantzın Vaşinqtonda keçiriləcək təhlükəsizlik görüşlərinə də qatılması planlaşdırılır.

Xatırladaq ki, Sionist rejimin Hərbi naziri bu gün İrana qarşı əvvəlki iddialarını təkrarlayaraq Hizbullah və İran qoşunlarının Golan Təpələri sərhədlərində yerləşməsinə icazə verilməyəcəyini söyləmişdi.

Beni Gantz rejimin İran və Hizbullah qüvvələrini bölgədən uzaqlaşdırması üçün əlindən gələni edəcəyini də iddia etdi.

Gantzın sözləri Suriyanın rəsmi xəbər agentliyinin Sionist rejimin Suriyanın cənub-qərbindəki bir məktəbi hədəf aldığını bildirməsindən sonra yayımlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =