Fələstin Müfti Şurası: Sionistlərlə kompromisə gedənlərin Məscidül-Əqsaya girməsi ilə işğalçıların bu məscidə girməsi arasında heç bir fərq yoxdur (Video İzlə)

Fələstin Müfti Şurası: Sionistlərlə kompromisə gedənlərin Məscidül-Əqsaya girməsi ilə işğalçıların bu məscidə girməsi arasında heç bir fərq yoxdur (Video İzlə)

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Fələstin Müfti Şurası Əmirlik nümayəndə heyətinin Sionist rejim polisinin qoruması altında Məscidül-Əqsaya girməsinə işarə edərək bu hərəkəti qınadı və bu hərəkətin sionistlərin Məscidül-Əqsa girişindən fərqli olmadığını vurğuladı.

Fələstin Müfti Şurası bu gün (cümə axşamı) Sionist rejim rəsmiləri ilə birlikdə kompromis qruplarının Məscidül-Əqsa məscidinə gəlməsini və bu məsciddə namaz qılmasını qınadı.

Qüds xəbər saytının verdiyi məlumata görə, Fələstin Müfti Şurasının başçısı Şeyx Məhəmməd Hüseynin rəhbərlik etdiyi 88-ci iclasdan sonra Ali Fətva Şurası, kompromisçilərin Məscidüı-Əqsaya girməsinin, Sionist rejim qoşunlarının və işğalçıların qanunsuz girişindən fərqlənmədiyini vurğuladı.

İclasda kompromislərə “xainlərin” səfərinin təhlükəli nəticələri və Məscidül-Əqsa təhlükəsizliyinə mənfi təsirləri barədə də xəbərdarlıq edildi. Bundan əvvəl xəbər mənbələri BƏƏ-dən bir nümayəndə heyətinin Sionist rejim polisinin qoruması ilə Məscid-i Əqsaya girdiyini, lakin Qüds əhalisinin onları məsciddən çölə atdığını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + 7 =