Ermənilər Polşada yaşıyan azərbaycanlılara silahla hücum etdilər-VİDEO

Ermənilər Polşada yaşıyan azərbaycanlılara silahla hücum etdilər-VİDEO

Polşanın Kotovitse şəhərindəTeatr binasının qarşısında həmyerlilərimiz “Qarabağ Azərbaycandır!” şüarlı icazəli dinc aksiya keçiriblər. Soydaşlarımızın aksiyasına ermənilər hücum ediblər.

Özü də üzü maskalı, əli silahlı şəkildə!

Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.az-a verilən məlumata görə, aksiya yekunlaşan anda ermənilər soydaşlarımıza qarşı təxribat törədib, onlara hücum çəkərək, fiziki güc tətbiq ediblər. Yaranmış qarşıdurma zamanı ermənilər azərbaycanlılara pnevmatik silahlardan atəş açıblar.

Təxribatla bağlı polisə müraciət olunub, araşdırma aparılır. Məlumata görə, azərbaycanlılara qarşı təxribat törədən milliyətçi ermənilərdən 3 nəfəri saxlanılıb.

Diasporla İş üzrə Dövlət Komitəsi baş vermiş hadisəni və soydaşlarımızın vəziyyətini diqqətdə saxlayır. Onlara lazım olan bütün hüquqi və digər yardımlar göstəriləcək.

Komitə bir daha soydaşlarımızı keçirilən dinc aksiyalar zamanı erməni təxribatlarına uymamağa çağırır. Onların məqsədləri təxribat törətmək və azərbaycanlıları provakasiyalara çəkməkdir.

Maraqlıdır bəs dünya ictimaiyyəti buna niyə və nə üçün göz yumur?

İşğalçı ölkənin terrorçu vətəndaşının silahla dinc aksiyaya müdaxilə etməsi, ilk növbədə qanuna ziddir!

İkinci növədə, əli silahlı “at oynadan”lara himayədarlıq edənlər də elə eyni kasadan su içənlərdir!

Kadrlardan da görünür ki, bu vandalların terrorçuluq missiyalarını həyat keçirtməyə fürsət axtarırlar sanki.

Bu gün bəlkə də dünya bir şeyi unudub.

Qarabağ Azərbaycandır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 20 =