Qanada kilsə çökdü – 18 nəfər öldü
Qərbi Afrika ölkələrindən olan Şərqi Qanada 6 mərtəbəli bir kilsənin çökməsi nəticəsində 18 nəfər ölüb.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli Fəlakət və İdarəetmə Təşkilatının (NADMO) Şərq vilayəti üzrə rəhbərliyi məlumat verib. Məlumatda daha 8 nəfərin həyatının qurtarıldığı bildirilib.
NADMO tərəfindən axtarış işlərinin davam etdirildiyi və ölü sayının artması ehtimalının böyük olduğu da diqqətə çatdırılıb.
Qeyd olunur ki, hadisə baş verən an binada 60-dan çox insan olub.