Qətərdən işğalçı İsrailə xəbərdarlıq!

Qətərdən işğalçı İsrailə xəbərdarlıq!

Qətər dövləti sionistlərdən Fələstin torpaqlarında tikinti işlərini təcili dayandırmasını tələb etdiQətər dövlətinin Nazirlər Kabineti baş nazir Xalid bin Xəlifə Əbdül-Əziz Ali-Saninin rəhbərliyi ilə təşkil edilən toplantıda işğalçı İsrail rejiminin Qərb Sahilində minlərlə yeni mənzil inşa etməsi fəaliyətləri sərt şəkildə tənqid edilib.

Nazirlər Kabinetinin bəyanatında rəsmi Dohanın İsrailin Fələstin torpaqlarında yaşayış binaları tikməsini məhkum etdiyi və bu addımın BMT-nin qətnamələrinə zidd olduğu vurğulanıb. Sionistlərin bu qanunsuz fəaliyyəti xüsusi ilə BMT Təhlükəsizlik Şurasının 2016-cı il 23 dekabr tarixində qəbul etdiyi 2334 nömrəli qətnaməsinin tapdanması deməkdir.

Qatar dövləti Beynəlxalq İctimaiyyəti bu qanunsuz tikinti işlərinə mane olmağa çağırıb və bildirib ki, işğalçı İsrailin bu fəaliyyəti məntəqədə sülhün bərqərar edilməsi üçün ən böyük maneədir.

islamtimes.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 2 =