Kuba: “Yalan – ABŞ-ın xarici siyasətində adı haldır”

Kuba: “Yalan – ABŞ-ın xarici siyasətində adı haldır”

ABŞ xarici siyasətini tənqid edən Kuba Xarici İşlər naziri, yalanın Vaşinqtonun xarici siyasəti arsenalında adi hal olduğunu söyləyib. Bruno Rodriqez öz “tvitter” səhifəsində ABŞ hökumətini təcavüzkar və bölgədə və dünyada sülh və sabitlik üçün əsas təhlükə adlandırıb.

“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, Kuba prezidenti Miqel Dias-Kanel bu yaxınlarda BMT baş Assambleyasının 75-ci sessiyasında virtual çıxışı zamanı, ABŞ rezidenti administrasiyasının ikili siyasətini kəskin tənqid edib. Kuba prezidenti Tramp administrasiyasının məqsədinin başqa ölkələrdə sui-qəsd və hakimiyyəti devirmək olduğunu vurğulayıb. Təxminən altmış ildir ki, ABŞ əsassız bəhanə ilə Kubanı ən sərt sanksiyalara məruz qoyur. Vaşinqtonun Havanaya qarşı düşmən mövqeyi beynəlxalq təşkilatlar tərəfindən tənqid edilir. Son onilliklərdə BMT ABŞ-ı sanksiyaları götürərək Kubanın iqtisadi mühasirəsinin ləğvi üçün bir neçə qətnamədə göstəriş verib, lakin Vaşinqton bu qətnamələrə heç vaxt məhəl qoymayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 3 =