Cəlilabadda ev yanaraq külə dönüb

Cəlilabadda ev yanaraq külə dönüb

Cəlilabad rayonunun Soltankənd kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 135 m² sahədə yanıb.

Sonxeber.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yüksək temperaturdan bitişik, ümumi sahəsi 50 m² olan talvarın lambirindən ibarət tavanı əriyib.

Evin və talvarın qalan hissəsi, bitişik ümumi sahəsi 40 m² olan qaraj yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 2 =