ABŞ-ın Türkiyədəki səfirliyi mümkün terror hücumu barədə xəbərdarlıq edir

ABŞ-ın Türkiyədəki səfirliyi mümkün terror hücumu barədə xəbərdarlıq edir

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Vaşinqtonun Türkiyədəki səfirliyi mümkün terror hücumu barədə xəbərdarlıq edərək vizaları müvəqqəti dayandırıb.

ABŞ-ın Türkiyədəki səfirliyi bu gün (cümə) İstanbulda və ölkənin digər bölgələrində ola biləcək bir terror hücumu barədə xəbərdarlıq edərək vizaları dayandırdı.

Səfirlik: “ABŞ-ın Türkiyədəki səfirliyinə İstanbulda, ABŞ Baş Konsulluğunda və ölkənin digər yerlərində vətəndaşlarımıza qarşı terror və adam qaçırma hücumları barədə məlumatlar gəldi.” – deyə bildirib. Bəyanatda ayrıca Amerika vətəndaşları, “böyük ofis binaları və ya ticarət mərkəzləri” kimi amerikalıların və xaricilərin iştirak edə biləcəyi yerlərə gələrkən diqqətli olmaları barədə xəbərdarlıq edildi.

ABŞ xəbər saytının verdiyi məlumata görə, hazırda Türkiyəyə viza xidmətləri dayandırılıb.

Əgər ABŞ terror qruplaşmaları ilə əlaqəli deyilsə və onlarla heç bir rabitəsi yoxdursa, görəsən Türkiyədə terror olacağı məlumatını haradan bilir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − 7 =