İşğalda ümumilikdə nə qədər şəhər və kəndimiz var?

İşğalda ümumilikdə nə qədər şəhər və kəndimiz var?

Rəşadətli ordumuz 27 il erməni işğalı atında olan şəhər və kəndlərimizi azad etməkdə davam edir. Hər gün yeni xoş xəbərlər alırıq.  

Bəs, neçə kənd, qəsəbə və şəhərlərimiz uzun müddət işğal atında qalmışdı və şanlı ordumuz onlardan neçəsini bu günədək azad edib?  

200 mindən çox əhalisi olan Ağdam rayonunda 1 şəhər, 2 qəsəbə və 123 kənd var. Son savaşadək Ağdamın yalnız 10 kəndi bizim nəzarətimiz altında idi.  

150 minə yaxın əhalisi olan Füzuli rayonunda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd var. 1994-cü ildə 22 kənd və 1 şəhər tipli qəsəbə işğaldan azad olunmuşdu. Son savaşımızadək Füzuli rayonunda 1 şəhər 53 kənd işğal atında idi.  

94 min əhalisi olan Kəlbəcərdə 1 şəhər, 1 qəsəbə və 145 kənd var.  

80 min əhalisi olan Laçın rayonunda 1 şəhər, 1 qəsəbə və 125 kənd var.  

80 min əhalisi olan Cəbrayıl rayonunda 1 şəhər, 4 qəsəbə və 92 kənd var. Son savaşımızadək rayonun Cocuq Mərcanlı kəndi bərpa edilmişdi.  

56 min əhalisi olan Xankəndi şəhərində 1 qəsəbə də var.  

45 min əhalisi olan Zəngilan rayonunun 5 qəsəbə və 79 kənd var.  

44 əhalisi olan Xocavənd rayonunun 1 şəhər, 2 böyük qəsəbə və 81 kəndi var.  

40 min əhalisi olan Qubadlı rayonunun 1 şəhər və 93 kənd var.  

35 min əhalisi olan Şuşa rayonunda 1 şəhər və 31 kənd var.  

28 min əhalisi olan Xocalı rayonunda 1 şəhər, 2 qəsəbə, 50 kənd var.  

Ağdərə rayony Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarına əsasən ləğv olunmuşdur. Bir hissəsi Tərtərə, bir hissəsi Ağdama, qərbi isə Kəlbəcər rayonuna verilib.  

27 il işğal altında olan rayonlarımızın 11 şəhər, 20 qəsəbə və 894 kəndlərindən bu ilin sentyabrın 27-də əks-hucum başlayanadək yalnız 32 kənd və 1 şəhərinə biz nəzarət edirdik.  

Ordumuzun son uğurlarından sonra bu günədək 3 şəhər, 3 qəsəbə və 149 kəndimiz artıq işğaldan azad edilib.

Maide.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 8 =