Sionist rejim F-35 qırıcısını BƏƏ-yə satmağı qəbul etdi

Sionist rejim F-35 qırıcısını BƏƏ-yə satmağı qəbul etdi

Sizinyol xarici mediaya istinadən xəbər verir:

F-35 qırıcısının BƏƏ-yə təhvil verilməsi ilə bağlı mübahisəli bir media oyununa başlayan Sionist rejim indi bu döyüş təyyarəsinin ABŞ-vasitəsi ilə Əbu-Dabiyə satılmasına etiraz etmədiyini iddia edən bir açıqlama verdi.

Jerussalem Post qəzetinin yazdığına görə, Baş nazir Beinyamin Netanyahu və İsrailin Hərbi naziri Benny Gantzın ofisləri cümə günü gecə F-35 qırıcısının Birləşmiş Ərəb Əmirliklərinə satılmasına etiraz etmədiklərini bildirən ortaq bir açıqlama yaydı.

Gantz bu yaxınlarda Amerikalı həmkarı Mark Sper ilə Vaşinqtonda görüşdü və işğal altındakı ərazilərə qayıtdıqdan sonra açıqlama verildi. İsrailin Hərbi naziri orada ABŞ ilə Tel-Əvivin bölgədəki hərbi üstünlüyünə zəmanətlə bağlı bir müqavilə imzaladı.

İsrail Baş naziri və Hərbi nazirinin birgə bəyanatında deyilir ki, anlaşma İsrailin inkişaf etmiş silah sistemləri ilə təmin edilməsi və Tel-Əvivin hərbi gücünün yüksəldilməsi üçün uzunmüddətli planlar nəzərdə tutur.

Bəyanata görə, İsrailin təhlükəsizliyi gücləndiriləcək və Tel-Əviv bölgəsinin hərbi üstünlüyü gələcək on illər ərzində qorunacaq.

Sionist rejimin BƏƏ-yə F-35 satması qarşılığında ABŞ-dan 8 milyard dollarlıq silah paketi alacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =