Ankara: S-400 sistemlərinin sınağındakı məqsəd Türkiyə vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir

Ankara: S-400 sistemlərinin sınağındakı məqsəd Türkiyə vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Türkiyə Müdafiə Nazirliyinin sözçüsü S-400 raketdən müdafiə sisteminin Türkiyə vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə sınaqdan keçirildiyini bildirdi.

Türkiyənin S-400 raket sistemini sınaqdan keçirməsindən və ABŞ-ın narahatlığını dilə gətirməsindən sonra, yüksək səviyyəli bir Türk hökumət rəsmisi, şənbə günü gecə münasibət bildirib.

Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Şəbnam Ektap AFP-yə verdiyi açıqlamada “Türkiyənin məqsədi kimisə narahat emək deyil, əksinə türk vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir.” – dedi.

S-400 sınağının Türkiyənin təbii bir prosesinin bir hissəsi olduğunu və Rusiya sisteminin NATO-nun hava hücumundan müdafiə sistemi ilə inteqrasiya olunmayacağını da əlavə etdi.

Pentaqonun yüksək səviyyəli sözçüsü Jonathan Hoffman, Rusiyanın S-400 sistemini sınaqdan keçirə biləcəyinə dair xəbərlərdən sonra bu addımı qınadı: “Türkiyənin bu sistemi satınalma addımına qarşıyıq və Türkiyənin sistemi işə salması ilə bağlı xəbərlərdən dərindən narahatıq. Bu sistemlər aktiv edilməməlidir. Belə bir hərəkət təhlükəsizlik əlaqələri üçün təhlükəli nəticələrə səbəb ola bilər.

F-35 proqramında artıq Türkiyənin iştirakı dayandırılıb və S-400 müdafiə sistemləri (ABŞ-Türkiyə) ikitərəfli münasibətlərin digər sahələrdə irəliləməsinə maneə olaraq qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + eleven =