Almaniyanın təhlükəsizlik qüvvələri səhər namazında məscidə basqın edib

Almaniyanın təhlükəsizlik qüvvələri səhər namazında məscidə basqın edib

Almaniyanın Müsəlmanlar Birliyi inanclıların hisslərinə toxunan bu hərəkəti pisləyib. “Sübh ibadəti vaxtı çoxlu sayda polis qüvvələrinin iştirakı ilə, maliyyə araşdırmasının aparılması bəhanəsi ilə məscidə edilən basqın sadəcə qəbuledilməzdir”, – deyə hadisə ilə bağlı verilən bəyənatda bildirilib.

“Deyerler.org”un iqna.ir-a istinadən verdiyi xəbərə görə, Almaniyanın təhlükəsizlik qüvvələri Mövlana məscidinə girərək axtarış aparıb. Polislər məscidin içərisinə daxil olarkən inanclılar məsciddə sübh namazı qılırdı. 150-yə yaxın maskalı zabit ayaqqabılarını çıxartmadan məsciddə reyd keçirib. Təhlükəsizlik qüvvələri 7000 avro nağd pul, məlumat daşıyıcıları və bir neçə kompyuteri müsadirə edib. Basqının səbəbi məscidin üç təmsilçisinin qanuni əsas olmadan koronavirusla əlaqədar, dövlətdən böhran əleyhinə yardım üçün müraciət etməsi olub. Məscid rəhbərliyi saxtakarlıq iddialarını rədd edib və təhlükəsizlik işçilərinin sübh ibadəti zamanı yolverilməz tərzdə hərəkətini qınayaraq, tələb olunan reydin dindirilmə yolu ilə keçirilə biləcəyini söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + ten =