Ulyanov ABŞ-a müraciət edir: Sanksiyalar qalmayıbsa, niyə diplomatiyaya müraciət etmirsiniz?

Ulyanov ABŞ-a müraciət edir: Sanksiyalar qalmayıbsa, niyə diplomatiyaya müraciət etmirsiniz?

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Rusiyanın beynəlxalq təşkilatlardakı nümayəndəsi Ağ Evin Milli Təhlükəsizlik müşavirinin İrana və Rusiyaya qarşı çox sayda sanksiya tətbiq olunduğundan, sanksiyalara yer qalmadığını izah etməsinə cavab olaraq ABŞ-a diplomatiyaya müraciət etməyi tövsiyə etdi.

Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov, Ağ Evin Milli Təhlükəsizlik müşavirinin İrana və Rusiyaya qarşı çox sayda sanksiya tətbiq edilməi ilə bağlı tvit yazdı:

“Əgər sanksiyalar az qala bitirsə, daha faydalı bir şey düşünməyin vaxtı gəlmədimi?”

Rusiya rəsmisi diplomatiya təklifini davam etdirdi və bunun çox gec olmasına baxmayaraq, daha yaxşı olduğunu yazdı.

Ağ Evin Milli Təhlükəsizlik Məsləhətçisi Robert O’Brien əvvəllər ABŞ-ın İran və Rusiyaya qarşı bu günə qədər ciddi sanksiyalar tətbiq etdiyini və Vaşinqtonun iki ölkəyə qarşı yeni sanksiyalar tətbiq etmək üçün daha az fürsətinin olduğunu söylədi.

O, Ağ Evin İran, Rusiya və Çinə qarşı həyata keçirə biləcəyi bütün məhdudlaşdırma tədbirlərini nəzərdən keçirdiyini də vurğuladı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 1 =