İraqlılar Fransız bayrağı və Makronun şəkillərini yandırdılar

İraqlılar Fransız bayrağı və Makronun şəkillərini yandırdılar

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İraq vətəndaşları bu gün axşam (26.10.2020) Bağdaddakı Fransa səfirliyi yaxınlığında müqəddəs İslam dini və əzəmətli Peyğəmbərinin (s) Fransa hakimiyyət və mətbuatının təhqir etməsini pisləyən bir aksiya keçirib.

Bir qrup iraqlı bu gün axşam Bağdadın mərkəzindəki Fransa səfirliyi yaxınlığında etiraz edərək Fransa Prezidentini İslamı və Həzrət Məhəmmədi (s) təhqir etdiyinə görə pisləyib.

Bazar ertəsi axşamı Bağdadın mərkəzindəki əl-Kəradə bölgəsindəki Fransa səfirliyi yaxınlığında toplanan onlarla iraqlı, Fransa Prezidenti Emmanuel Makrona qarşı şüarlar səsləndirdi və onun karikaturaları çəkilmiş plakatları nümayiş etdirdi.

Bu vaxt təhlükəsizlik qüvvələri Fransa səfirliyinə aparan bütün yolları bağladı və hər hansı bir hücumun qarşısını almaq üçün səfirliyin ətrafında çox sayda əsgər yerləşdirildi.

İran, Türkiyə, Pakistan da daxil olmaqla bir çox ölkədəki rəsmilər Fransa Prezidentinin mövqeyini qınadı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 8 =