ABŞ Tayvana 2,37 milyard dollar dəyərində silah satmağa razılıq verib

ABŞ Tayvana 2,37 milyard dollar dəyərində silah satmağa razılıq verib

Eastnews,org-un verdiyi xəbərə görə, ABŞ Dövlət Departamenti Tayvana 2,37 milyard dollar dəyərində sahil müdafiə sistemi satmağı qəbul edib.

Çinin ABŞ-ın Tayvana silah ixracatçılarına qarşı sanksiya tətbiq etmə ehtimalını elan etməsindən tam bir gün sonra Pentaqon ABŞ Dövlət Departamentinin Tayvana 100 ədəd “Boeing” istehsalı “Harpun” sahil müdafiə sistemini satmağa razı olduğunu bildirib.

Pentaqona görə bu silahların dəyəri 2,37 milyard dollar olacaq.

Bundan əvvəl Dövlət Departamenti Tayvana 1.8 milyard dollar dəyərində sensorlar, raketlər və artilleriya da daxil olmaqla digər üç silah sisteminin satılmasına razılıq verib.

Digər tərəfdən Çin Xarici İşlər nazirliyinin sözçüsü jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Çin Tayvana silah satışında iştirak edən ABŞ şirkətləri “Lockheed Martin”, “Defence Boeing”, “Raytheon”a qarşı sanksiya tətbiq edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − one =