Ənsarullah: İdman nazirinin öldürülməsi cavabsız qalmayacaq və təcavüzkarlara qarşı əməliyyat genişlənəcək
Sizinuol xarici mediaya istinadən xəbər verir:
Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Yəmən İdman və Gənclər Nazirinin qətlinə toxunaraq dedi: “Səudiyyə-BƏƏ təcavüzkar koalisiyası bu cinayətin arxasında dayanıb.”
“Bu sui-qəsd cavabsız qalmayacaq. Bu cinayətə istədikləri şəkildə cavab vermək Yəmən xalqının haqqıdır.” – deyə Məhəmməd Əl-Bəxiti vurğulayıb.
Əl-Bəxiti təcavüzkar ölkələrin hər hansı bir təxribatçı hərəkətinin eynilə cavab veriləcəyini bildirdi. Ənsarullah hərəkatının siyasi bürosunun üzvü açıqlamasında: “Şərəfli mübarizə apardığımız üçün təcavüzkar ölkələrin heç bir mülki obyektini hədəf almamışıq. ” – deyə əlavə edib.
Əl-Bəxiti yəmənli mülki vətəndaşlara qarşı hücumların artması barədə xəbərdarlıq etdi və düşmənə qarşı hücumların gündəlik artacağını və sərt və təsirli zərbələrə əl atacaqları ilə təhdid etdi.
Əl-Bəxiti Əl-Mayadin Xəbər Şəbəkəsinə Səudiyyə hava limanlarına edilən hücumların ağır bir zərbə olduğunu, ancaq müharibəni dayandırma qərarının səudiyyəlilərin əlində olmadığını söylədi.