Bərdədə erməni terroru nəticəsində ölən 7 yaşlı Aysu dəfn olunub
Erməni silahlı qüvvələri tərəfindən ötən gün Bərdə rayonunun Qarayusifli kəndində ağır artilleriyadan istifadə edilməklə öldürülən 7 yaşlı Aysu dəfn edilib.
İnterAz xəbər verir ki, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı doğulduğu kənddə torpağa tapşırılıb.
Qeyd edək ki, ötən gün erməni təxribatı nəticəsində sözügedən hadisə zamanı 4 nəfər həlak olub, 13-ü isə yaralanıb.