Müqtəda Sədr Səudiyyə Ərəbistanına müraciət etdi: Peyğəmbər (s) hərəminin qapılarını bütün dünyaya açın!

Müqtəda Sədr Səudiyyə Ərəbistanına müraciət etdi: Peyğəmbər (s) hərəminin qapılarını bütün dünyaya açın!

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İraqdakı Sədr qruplaşmasının lideri birlik həftəsi münasibətilə bağlı və Fransanın İslam mesajına etdiyi təhqirlərə görə Səudiyyə Ərəbistanını Peyğəmbərin (s) ziyarətgahını bütün dünyaya açmağa çağırdı.

Seyyid Muqtəda Sədr bu gün  (cümə axşamı) Həzrət Peyğəmbərin (s) mübarək doğumundan bəhs edərək, insanları bəşəriyyət Rəsulunun köməyinə çağırdı.

Twitter hesabında Səudiyyə Ərəbistanını qanuni və gigiyenik təlimatlara riayət etməklə Mədinədəki Rəsuli Əkrəmin (s) müqəddəs ziyarətgahın qapılarını insanların üzünə açmağa çağırdı.

İraqdakı Sədr hərəkatının lideri dünyadakı bütün müsəlmanların və bəşəriyyəti sevənlərin hər il əziz İslam Peyğəmbərinin (s) mövludu ilə bağlı (Rəbiul-Əvvəlin 12-si və 17-si) o həzrətin ziyarətinin zəruriliyini vurğuladı. Peyğəmbərə (s) dəstək olmaq, zülmətdən nura çıxmaq, əziz Peyğəmbərə (s) sadiq olmaq, məzhəb fərqlərini bir kənara qoymaq və əzəmətli Peyğəmbərin (s) haqq yolunu canlandırmaq və onu gözəl şəkildə Qərbə təqdim etmək üçün çalışmalıyıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − eleven =