Mahir Əl-Əxrasın azad edilməməsi “onun ölüm hökmünün çıxarılması” deməkdir
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Fələstinli Məhbuslarla Bağlı İş üzrə komitənin rəhbəri verdiyi açıqlamada Mahir Əl-Axrasın sərbəst buraxılmamasının onun ölüm hökmünün verilməsi anlamına gəldiyini söylədi.
Əl-Əhd-ə istinadən bildirilir ki, Fələstinli Məhbuslarla Bağlı İş üzrə komitənin rəhbəri Qadura Faris sionistlərin Əl-Axrasın sərbəst buraxılmasına qarşı çıxmalarını kəskin şəkildə qınadı və vurğuladı: “Mahir Əl-Axrasın azad edilməməsi onun ölüm hökmünün verilməsi deməkdir.”
Fələstinli məmur əlavə etdi: “Biz Əl-Axrasla bağlı hər hansı xoşagəlməz hadisədən Sionist rejimi məsuliyyətli biləcəyik.”
Sionist rejimin Ali Məhkəməsi bu gün, (cümə axşamı günü) fələstinli bir məhbusun sərbəst buraxılması və ya bir Fələstin xəstəxanasına köçürülməsi tələbini nəzərdən keçirmək üçün toplandı.
İnsan hüquqları fəalları İsrail Ali Məhkəməsinin yeni qərarının bir fələstinli məhbusun tədricən öldürülməsi strategiyasının həyata keçirilməsi olduğunu bildirdi.
Mahir Əl-Əxras Sionist rejim həbsxanasında müvəqqəti saxlandığına etiraz olaraq 95 gündür müddətsiz aclıq aksiyası keçirir və indi çox təhlükəli vəziyyətdədir və Kabilandaki Sionist xəstəxanasında yatır.