BMqT: Seneqal sahillərində baş verən gəmi qəzasında azı 140 miqrant həyatını itirib

BMqT: Seneqal sahillərində baş verən gəmi qəzasında azı 140 miqrant həyatını itirib

Ötən həftə Seneqalda baş verən gəmi qəzasında azı 140 miqrant həyatını itirib. 

İnterAz xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) məlumat yayıb.

Hadisə 24 oktyabrda baş verib. Gəmi Seneqaldan İspaniyaya gedirmiş, lakin mühərriki sıradan çıxdıqdan sonra Dakardan 80 km aralıdakı Mbur sahillərində batıb. Gəmidə 200-ə yaxın qanunsuz miqrant olub.

BMqT hadisəni 2020-ci ildə miqrantlarla bağlı baş verən ən böyük faciə adlandırıb.

Bundan əvvəl Seneqal  səlahiyyətliləri qəzada 20 nəfərin öldüyünü xəbər verirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + twenty =