Rəsmi Bakı İranın Qarabağ münaqişəsinin nizamlanmasında iştirakını yüksək qiymətləndirir

Rəsmi Bakı İranın Qarabağ münaqişəsinin nizamlanmasında iştirakını yüksək qiymətləndirir

Eastnews,org-un verdiyi xəbərə görə, Azərbaycan Prezidentinin köməkçisi, Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev brifinq zamanı bildirib ki, İran gələcəkdə Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verə bilər.

Hikmət Hacıyev “RİA Novosti”yə müsahibəsində qeyd edib ki, İran regional gücdür regional bir ölkə olaraq sülh və təhlükəsizliyin təmin olunmasında da maraqlıdır: “Bu səbəbdən İranın da bu prosesdə iştirak etmək hüququ var. Bəlkə gələcəkdə bəzi mexanizmlər, təmas qrupları olacaq İran da münaqişənin həlli prosesinə öz töhfəsini verə bilər”.

Onun sözlərinə görə, İran Xarici İşlər nazirinin müavini Abbas Ərtaqçinin Bakı səfəri səmərəli olub:

“İkitərəfli gündəliyin bütün məsələlərini, eyni zamanda Qarabağ münaqişəsinin həllini müzakirə etdik. İran da sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. Həm də İranın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini çox yüksək qiymətləndiririk”.

Qeyd edək ki, İran Xarici İşlər nazirinin müavini ötən gün İran prezidentinin Qarabağ nizamlanması üzrə xüsusi elçisi kimi Bakıya gəlib və Moskvadan sonra İrəvan və Ankaraya səfər etməyi planlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + 13 =