Əl-Husi: “Makron sionistlərin əlində kukladır”

Əl-Husi: “Makron sionistlərin əlində kukladır”

Yəmənin Ənsarullah partiyasının baş katibi Fransa prezidentini İslamı təhqir etməyə sövq edən sionistlərin bambılısı olduğunu deyib. Qeyd edildiyi kimi, Əbdül Malik Əl-Hüsi İslam Peyğəmbərinin (s) mövludu günü münasibətilə çıxışında müsəlman ümmətinin ilahi təlimlərdən uzaq olması ilə əlaqəli problem və böhranlarla qarşılaşdığını söylədi.

“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, İslam Peyğəmbərini (s) təhqir edənlərə qarşı qəti tədbirlərin görülməsini vacib hesab edib. Yəmən Ənsarullahının baş katibi İsrail rejimini müsəlman ümmətinə, bölgənin sabitliyinə və təhlükəsizliyinə təhdid adlandıraraq Səudiyyə rejimi, BƏƏ, Bəhreyndəki Əl-Xəlifə rejimi və Sudan hərbi rejiminin ABŞ və İsrail rejiminin müsəlman dünyasına qarşı sui-qəsddə ortaqları olduqlarını qeyd etdi. Fransa prezidenti diplomatiyaya və demokratik prinsiplərdən uzaq olan açıqlamada, Fransanın Peyğəmbərin (s) təhqiramiz təsvirlərini yayımlamağa davam edəcəyini söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × one =