Fransız polisi ermənilərə qarşı çıxan türklərə güc tətbiq edib

Fransız polisi ermənilərə qarşı çıxan türklərə güc tətbiq edib

Fransanın Dijon şəhərində polis etnik ermənilərin təxribatları ilə əlaqədar etiraz aksiyası təşkil edən bir qrup Türkiyə vətəndaşına qarşı güc tətbiq edib.

Etirazçıların narazılığına 28 oktyabrda Fransanın Vyen şəhərində 5 türkə hücum edən onlarla ermənilərin təcavüzkar hərəkətləri səbəb olub.

İnterAz “Anadolu”ya istinadən xəbər verir ki, Dijonda keçirilən aksiyanın iştirakçıları əllərində Türkiyə bayraqları daşıyıb. Buna cavab olaraq polis aksiya iştirakçılarına gözyaşardıcı qazla müdaxilə edib.

Bir gün əvvəl Vyenin özündə də türklərin oxşar mitinqi baş tutub. İcazəsiz mitinqə qatıldıqları üçün 65 etnik türk saxlanılıb və cərimələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + 18 =