Moskva: Müharibə Ermənistan daxilinə çatsa, İrəvana dəstək olacağıq

Moskva: Müharibə Ermənistan daxilinə çatsa, İrəvana dəstək olacağıq

Rusiyadan işğalçı Ermənistana növbəti soyuq duş!İşğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinə məktub yazaraq ondan kömək istəməsi xəbərinin mətbuata sızmasından sonra Rusiya XİN bu mövzu ilə bağlı bəyanat verib.

“Sputnik” informasiya agentliyinin verdiyi məlumata görə Rusiya Xarici İşlər Nazirliyi bugünki açıqlamasında bildirib ki, Ermənistan və Azərbaycan arasında müharibə əgər Ermənistan ərazisinə çatarsa, Rusiya o zaman öhdəçiliyinə əməl edərək İrəvana kömək edəcək.


Rusiyanın bu açıqlaması Ermənistan tərəfi üçün növbəti şok olub. Rusiyanın “müharibə əgər Ermənistan ərazisinə çatarsa…” cümləsi o deməkdir ki, Qarabağ tam azad olunanadək Rusiya Azərbaycana heç bir maneçilik törətmək fikrində deyil!

islamtimes.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + four =