Sudan XİN rəhbərinə mikrafon atıldı: “İsrail rejimi ilə barışıq şərəfimizə xələl gətirdi”

Sudan XİN rəhbərinə mikrafon atıldı: “İsrail rejimi ilə barışıq şərəfimizə xələl gətirdi”

Sosial şəbəkədə sudanlı jurnalist Əmmar Məhəmməd Adəmin Sionist rejimlə kompromisə getdiyinə görə ölkənin xarici işlər naziri Ömər Qamərəddinə sərt reaksiya verərək, ölkənin siyasətini ciddi şəkildə tənqid etdiyi video yayımlanıb.

Deyerler.org xəbər verir ki, sudanlı jurnalist Əmmar Məhəmməd Adəm XİN rəhbəri Ömər Qamərəddini siyasi konfransda tənqid edərək, belə deyib: “Güzəştə gedən kuklalarsınız. Siz o mövqeyə layiq deyilsiniz və böyük Sudan millətinə də layiq deyilsiniz”.

Sudan bu yaxınlarda ABŞ-ın prezidenti Donald Trampın vasitəçiliyi ilə sionist rejimlə münasibətlərinin normallaşdığını elan etmişdi.

“(Sionist rejimlə) kompromisə getdiyinizə görə ləyaqətimiz tapdalandı. Artıq İsrail rejimi ilə (kompromis) yolundasınız. Artıq bütün dünya İsrail rejimi ilə münasibətlərini normallaşdıran Sudan haqqında danışarkən ondan qaçdığınızı iddia edirsiniz. İsrail rejimi ilə razılaşmanı inkar edən aydın açıqlama verməmisiniz”, – deyə jurnalist bildirib.

Sudanlı jurnalist qəzəblə sözlərinə davam dərək, belə deyib: “İsrail rejimi ilə münasibətlərə həvəs göstərdin! İsrail rejiminin nümayəndə heyəti Xartuma gəldi və burada bir neçə saat qaldı və bu müddət ərzində baş nazir Abdullah Hamduk onları müşayiət etdi.

Avropadan, Amerikadan və Vaşinqtondan gəlib Avropa küçələrində gəzib parlamentlərə gedib Sudanın terror siyahısına salınmasını tələb etdiniz. İndi də siz və baş nazir onların yanında oturursunuz, bu ağlabatan başa düşülən deyil. Siz Sudanı terror siyahısına salan əsas şəxssiniz”.

Əmmar daha sonra qəzəblə “Bu mövqeyə layiq deyilsiniz” deyir və sonra Sudan xalqını “İsrail rejiminə yox” deməyə, münasibətləri normallaşdırmamağa çağırır və əlindəki mikrofonu yerə atır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − two =