Əraqçi: İranın Dağlıq Qarabağ münaqişəsini həll etmək planı ilə bağlı 4 ölkənin cavabını gözləyirik

Əraqçi: İranın Dağlıq Qarabağ münaqişəsini həll etmək planı ilə bağlı 4 ölkənin cavabını gözləyirik

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İran İslam Respublikasının Xarici İşlər Nazirinin müavini dedi:

Dağlıq Qarabağ böhranını hamının qəbul etdiyi şəkildə tamamlayaraq həllinə yol açmaq üçün İranın planının nəzərdən keçirilməsini və dörd ölkədən qısa müddətdə cavab alınmasını gözləyirik.

İran XİN-in müavini Seyid Abbas Əraqçi Azərbaycan, Rusiya və Ermənistana regional səfər etdikdən sonra, sfərini Ankarada davam etdirib. O, Türkiyə Xarici İşlər nazirinin müavini Sədat Ünal ilə görüşdükdən sonra, bir söhbətdə Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edən ölkələrin İran İslam Respublikasının planına müsbət yanaşdığıını da qeyd edib.

Regional bir yanaşma da daxil olmaqla, İslam Respublikasının Dağlıq Qarabağ münaqişəsini həll etmək planının xüsusiyyətlərini sadaladı və Minsk Qrupunun Dağlıq Qarabağ böhranını həll edə bilməməsini qeyd edərək əlavə etdi:

Minsk Qrupu kimi digər mexanizmləri rədd etmirik, planımız Minsk təşəbbüslərinin əvəzi deyil, bunun tamamlayıcıdır və regional yanaşma yolu ilə Minsk qrupunun mövcud səylərinə töhfə verməyə çalışır və böhranın həlli üçün bütün təsirli regional aktyorları işə cəlb edirik.

Əraqchi, İranın təklifi barədə də bunları söylədi: “Planın nəzərdən keçirilməsini və həll yolu tapmaq üçün hamının qəbul etdiyi bir şəkildə tamamlamaq üçün qısa müddətdə dörd ölkədən (Azərbaycan, Rusiya, Ermənistan və Türkiyə) cavab gözləyirik.”

Həmçinin: “Planı dərhal həyata keçirmək asan deyil, amma məyus deyilik və səylərimizi davam etdirəcəyik.” – deyərək bölgədəki çətinlikləri, uzun müddətdir davam edən fikir ayrılıqlarını və xarici müdaxiləni qeyd etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + six =