İran Qarabağla bağlı planının ölkələr tərəfindən müsbət qarşılandığını bildirib

İran Qarabağla bağlı planının ölkələr tərəfindən müsbət qarşılandığını bildirib

“İranın planı aidiyyatı ölkələr tərəfindən müsbət qarşılanıb. Bu plan bütün regionun mənafeyinin təmin edilməsi istiqamətində hazırlanıb. İran bu ölkələrin yekun qərarını gözləyir.”

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçsü Səid Xətibzadə deyib.

Qarabağ münaqişəsilə bağlı İranın planı haqda sualı cavablandıran Səid Xətibzadə bildirib ki, bu layihə bütün paytaxtlarda müsbət qarşılanıb.

O əlavə edib ki, İran aidiyyatı ölkələrin paytaxtlarından yekun qərarın gəlməsini gözləyir.

S. Xətibzadə əlavə edib ki, bu planda münaqişə ocaqlarında terrorçuların olması kimi İranı narahat edən məqamlarlar da yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + 10 =