Lukaşenko Makronun İslam əleyhinə söylədiklərindən təəssüfləndiyini dilə gətirdi
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Belarusiya Prezidenti fransız həmkarına müraciət edərək dindarların hisslərinə müdaxilənin tamamilə yolverilməz olduğunu bildirdi.
Tass xəbər agentliyi Lukaşenkonun: “Müsəlmanlar bizim üçün heç vaxt problem yaratmadı.Tez-tez deyirəm ki, müsəlmanlar hər seçki dövründə məni və digər rəsmiləri tam dəstəklədilər.” – deyə söylədiyini bildirib.
Əlavə edib: “Fransa Prezidenti kimi ifadə azadlığı bəhanəsilə dini düşüncənin təhqirinə əsla icazə vermərik. Müsəlmanları tənqid etməyinizin sizin ölkənizə nə faydası var?”
Lukaşenko: “Makronun özü ilə müsəlmanlar arasında vasitəçilik etməsi lazım ola bilərMən bu məsələdə ona kömək edə bilərəm, çünki müsəlmanlar ilə çox yaxşı münasibətlərim var.” – dedi. O, inanclıların hisslərinə müdaxilənin tamamilə qəbuledilməz olduğunu vurğuladı.
Fransız tarixi müəlliminin Həzrət Peyğəmbərin (s) təhqiramiz karikaturasını yayımlamasından və Fransa Prezidenti Emmanuel Makronun İslam əleyhinə söylədiyi fikirlər və qanun layihələrini təqdim etməkdə israr etməsi Fransanı gərginlik və təhlükə həddinə gətirdi.
İndiyə qədər bir çox İslam ölkəsində Fransa bayrağı və prezidentin fotoşəkili yandırıldı və ya səfirliyin qarşısında mitinqlər təşkil edildi və müsəlmanlar Fransa rəsmilərindən rəsmi bir üzr istəməsini tələb etdi.