Vyanada terrorçular ilə polis arasında atışma: Ölən və yaralananlar var – VİDEO – YENİLƏNİB
Avstriyanın Daxili İşlər naziri Karl Nehammer Vyanada polisə qarşı hücum barədə mətbuat konfransı keçirib.
Yeniavaz.com “AA”ya istinadla xəbər verir ki, Avstriyanın Daxili İşlər naziri Karl Nehammer mətbuat konfransında terror hadisəsi nəticəsində 4 nəfərin öldüyünü, 15 nəfərin isə yaralandığını bildirib.
***1:41
Vyana şəhərinin mərkəzində yerləşən Şvedenplats meydanında polislə naməlum şəxslər arasında atışma olub.
Yeniavaz.com xəbər verir ki, ilkin məlumatlara görə, terrorçu qrup və polis arasında atışmada hücumçulardan biri məhv edilib.
Əvvəlcə silahlı şəxslərin əsas hədəfinin Vyananın mərkəzində yerləşən Şəhər Məbədi sinaqoqu olduğu düşünülsə də, sonra bu öz təsdiqini tapmayıb. Yəhudi Dini İcmasının Prezidenti Oskar Doyç məbədin mühafizə olduğunu və hadisə baş verən zaman sinaqoqda heç kimin olmadığını bildirib.
Vyana polisinin ilkin məlumatına görə, silahlı dəstə ilə polis arasında toqquşma şəhərin bir neçə yerində baş verib. Nəticə 1-i polis olmaqla 7 nəfərin həyatını itirdiyi bildirilir. Çox sayda yaralı olduğu da qeyd olunub. Hazırda şəhərin mərkəzi ərazilərində cinayətkarların təqibi davam edir.