Əfqanıstanda kütləvi terror baş verdi – Video
Əfqanıstanın Kabil Universitetinə edilən hücumda 5 professor, 5 müəllim, 50 tələbə, 20 yaxın polis və əsgər öldürülüb.
Hücumda azı 110 nəfər də yaralanıb. İŞİD terror təşkilatı hücumun məsuliyyətini öz üzərinə götürüb.
Əyinlərində Əfqanıstan əsgərlərinin forması olan 2 terrorçu universitetə daxil olaraq, təsadüfi atəş açmağa başlayıb.
Əfqanıstan xüsusi qüvvələri, digər təhlükəsizlik qüvvələri və ABŞ əsgərləri hadisəyə müdaxilə edib. 8 saat davam edən qarşıdurmadan sonra hər iki terrorçu öldürülüb.
Maide.az